logo

HİK klubunun Bakıya səfər proqramında dəyişiklik edilib

16:16 09-08-2023 | icon 1918
HİK klubunun Bakıya səfər proqramında dəyişiklik edilib

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Finlandiyanın HİK klubunun Bakıya səfər proqramında dəyişiklik edilib.

YeniAvropa qurumun mətbuat xidmətinə istinadla bildirir ki, adıçəkilən komanda paytaxta gecə saatlarında təşrif buyuracaq.

Bu səbəbdən baş məşqçi Toni Konkeakunnasın mətbuat konfransı və HİK-in oyun öncəsi son məşqi ləğv olunub.

Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – HİK matçı saat 20:00-da start götürəcək. Komandalar arasında cavab oyunu ayın 17-nə təsadüf edəcək.