Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə oyun ərəfəsində qitənin futbol qurumu tərəfindən cəzalandırılıb.
YeniAvropa yerli KİV-ə istinadla bildirir ki, klub 40 min avro cərimə edilib.
Buna turnirin ikinci təsnifat mərhələsinin “Tirana” (Albaniya) ilə cavab matçında “Beşiktaş” azarkeşlərinin intizamsız davranışları səbəb olub.