“Qarabağ”a görə “Gənclik” metro stansiyası iş rejimini dəyişdirir
Avqustun 10-da “Qarabağ” futbol klubunun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyi beynəlxalq oyunla əlaqədar idman arenası yaxınlığında yerləşən “Gənclik” metro stansiyasının iş rejiminə dəyişiklik ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, “Bakı Metropoliteni”nin kütləvi-mədəni tədbirlərlə əlaqədar əməliyyat planı əsasında qarşılaşmanın başlanma saatına doğru stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək, stansiyadan stadiona yollanacaq sərnişinlər yönləndiriləcək, onların rahatlığı və təhlükəsizliyi məqsədilə tənzimləmə işləri görüləcək.
Futbol oyunu başa çatdıqdan sonra arenadan gələn sərnişin axınının tənzimlənməsi və nizamlı hərəkətinin təşkilinə diqqət yetiriləcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınması məqsədilə qatarların hərəkəti intensivləşdiriləcək. Bu məqsədlə ehtiyat qatarlardan istifadə olunacaq.
Onu da əlavə edək ki, həmin gün “Neftçi” Futbol Klubunun “Neftçi Arena”da keçiriləcək beynəlxalq oyununa da maraq nəzərə alınaraq, “Xalqlar dostluğu” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək.
Ümumən, yay qrafikinin tələbləri qüvvədə saxlanılmaqla, gün ərzində stansiyaların iş rejimi, sərnişin axını və qatarların hərəkəti nəzarətdə saxlanılacaq, lazım olan vaxt xəttə ehtiyat qatar çıxarılacaq.
Xatırladaq ki, Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya klubu HIK-ə qarşı keçirəcəyi oyun avqustun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq.
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib