logo

Rüstəm Orucov idman karyerası ilə vidalaşıb

10:10 09-08-2023 | icon 6944
Rüstəm Orucov idman karyerası ilə vidalaşıb

Beynəlxalq cüdo arenasında yüksək nailiyyətləri ilə tanınan Rüstəm Orucov cüdo karyerası ilə vidalaşmağa qərar verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Saysız-hesabsız beynəlxalq turnirlərin qalibi və mükafatçısı R.Orucov bu barədə bildirib: "Bu illər həqiqətən unudulmaz olub və mən xalqımızı mötəbər arenalarda təmsil etməkdən hədsiz qürur duyuram. Bununla belə, hər bir səfər öz sonuna çatır. Bu gün, avqustun 8-də mən Olimpiya medalını qazandım və məhz bu gün mən idmanla vidalaşıram. Bu illər ərzində mənə dəstək olan hamıya ürəkdən təşəkkürümü bildirirəm. İndi isə həyatımda yeni səhifə açmaq vaxtıdır”.

Rüstəm Orucov idman karyerasında çox saylı nailiyyətlərə imza atıb. O, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, həmin ildə Avropa çempionu titulunu qazanmışdır. 2017-ci və 2019-cu illərdə dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionatlarında 1 dəfə gümüş, 3 dəfə isə bürünc mükafata sahib olub. “Masters” turnirində 1 dəfə qızıl medal, 3 dəfə isə bürünc medal qazanıb. Müxtəlif illərdə o, Böyük Dəbilqə və Qran-Pri yarışlarında ümumilikdə 26 medal əldə edib.