Avqustun 6-da Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun 5-9-cu yerləri uğrunda mübarizədə millimizin sonuncu oyunu baş tutub.
YeniAvropa xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində U-18 millimiz San-Marino yığması ilə qarşılaşıb və rəqibinə 69-63 hesabı ilə qalib gələrək Avropa çempionatı "C" divizionunu 5-ci sırada tamamlayıb.
Qeyd edək ki, Avropa çempionatı "C" divizionunun final oyunu saat 20:00-da Monako və Cənubi Kipr yığmaları arasında keçiriləcək.