logo

UEFA Konfrans Liqası: “Neftçi”-“Beşiktaş” matçının hakimləri bəlli olub

14:34 04-08-2023 | icon 1624
UEFA Konfrans Liqası: “Neftçi”-“Beşiktaş” matçının hakimləri bəlli olub

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 10-da Bakıda baş tutacaq “Neftçi” – “Beşiktaş” oyununun hakimləri müəyyənləşib.

YeniAvropa xəbər verir ki, təsnifat mərhələsinin ilk matçını isveçrəli hakimlər idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Lukas Fahndrix olacaq. Ona Yonas Erni və Guillom Mayre kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

Qeyd edək ki, matç “Bakcell Arena”da keçiriləcək.