Sabah Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatına start veriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasından məlumat verilib. Bildirilib ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışın açılış mərasimi saat 17:15-də olacaq. Ardınca milli komandamız Gürcüstan seçməsi ilə oyuna çıxacaq. Görüşün start fiti saat 18:30-da səslənəcək. Bu oyundan əvvəl isə daha 3 qarşılaşma olacaq. Saat 11:15-də Farer adaları Yunanıstanla, 13:30-da Lüksemburq İsraillə, 15:45-də Sloveniya Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Qeyd edək ki, avqustun 13-dək davam edəcək qitə çempionatında Azərbaycan, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan milliləri “A” qrupunda, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları isə “B” qrupunda mübarizə aparacaq.