Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.
Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.