logo

“Qarabağ”-"HİK" matçının hakimləri bəlli olub

16:34 03-08-2023 | icon 2093
“Qarabağ”-"HİK" matçının hakimləri bəlli olub

“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya klubu HIK-ə qarşı keçirəcəyi oyunların vaxtı və hakimləri açıqlanıb.

 YeniAvropa UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Bakıdakı qarşılaşmanı israilli Roi Reinsreyber idarə edəcək. Ona həmyerliləri David Elias Biton və Saqi Metzamber kömək göstərəcək. Erez Papir dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq.