logo

“Qarabağ”ın Avrokubok oyunları Tofiq Bəhramov adına stadionda keçiriləcək

15:15 03-08-2023 | icon 1848
“Qarabağ”ın Avrokubok oyunları Tofiq Bəhramov adına stadionda keçiriləcək

“Qarabağ”ın UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Finlandiyanın HİK komandası ilə keçirəcəyi ilk oyununun başlama saatı və stadionu müəyyənləşib.

YeniAvropa xəbər verir ki, avqustun 10-u reallaşacaq matç Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 20:00-da başlayacaq.

Ağdam təmsilçisi bu mövsüm UEFA Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.

Qeyd edək ki, “Qarabağ”ın HİK komandası ilə cavab görüşü isə avqustun 17-də olacaq.