logo

“Neftçi” - “Jelezniçar” matçının bütün biletləri satılıb

14:54 02-08-2023 | icon 1666
“Neftçi” - “Jelezniçar” matçının bütün biletləri satılıb

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də, saat 21:00-da "8-ci km" qəsəbəsindəni stadionda keçiriləcək “Neftçi” - “Jelezniçar” matçı üçün “Iticket.az”da biletlərin hamısı satılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  klubun rəsmi "Facebook" səhifəsində  məlumat paylaşılıb.

Bildirilir ki, bundan sonra yalnız 1A sektoru üçün oyun günü bilet əldə etmək mümkün olacaq.

Qiyməti 3 manat olan biletlər saat 10:00-dan etibarən görüşün reallaşacağı stadionunun kassalarında satışda olacaq.

Qeyd edək ki, "Neftçi" Bosniya və Herseqovina təmsilçisi ilə səfərdə keçirilən qarşılaşmadan bərabərliklə (2:2) ayrılmışdı.