logo

UEFA Çempionlar Liqası: “Qarabağ” “Rakuv”la cavab matçına çıxacaq

10:30 02-08-2023 | icon 2282
UEFA Çempionlar Liqası: “Qarabağ” “Rakuv”la cavab matçına çıxacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Rakuv” komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq.

İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan "köhlən atlar" mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr "Aris"i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.