Bakıda "Qarabağ" və Polşanın "Rakuv" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisindən verilən məlumata görə, qarşılaşma üçün 22 min bilet satılıb.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.
Qeyd edək ki, iyulun 2-də oynanılacaq görüş saat 20:00-da start götürəcək. "Köhlən atlar" Polşadakı ilk oyunda məğlub olub - 2:3.