Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir cüdoçumuz gümüş medal qazanıb.
YeniAvropa xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev mübarizəyə skkizdəbir final mərhələsindən qoşulub. Bu mərhələdə idmançımız ispaniyalı Aytor Alonsonu ipponla məğlub edib. Məmmədəliyev dörddəbir finalda italyan Eduardo Melladan üstün olmağı bacarıb. Finala gedən yolda isə cüdoçumuz Monqolustandan olan Uranbayar Odgerelə qalib gəlib.
Həlledici qarşılaşmada yapon Tatsuki İşiharaya məğlub olan Rəşid Məmmədəliyev Universiadanı gümüş medalla başa vurub.