“Neftçi” Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayevlə 2+1 illik müqavilə imzalayıb.
YeniAvropa klubun rəsmi saytına istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində 2 nömrəli formanı geyəcək.
Qeyd edək ki, təcrübəli oyunçu karyerası ərzində yalnız "Qarabağ"da çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandanın heyətində 76 oyun keçirib.
Xatırladaq ki, "Neftçi" bundan əvvəl yığmanın digər üzvləri – qapıçı Emil Balayevi, Xorvatiyaəsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaşı transfer edib.