Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pri turnirində 41 ölkədən idmançılar iştirak edəcəklər.
YeniAvropa xəbər verir ki, bunu Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti İlqar Rəhimov deyib.
Bildirib ki, yarışa 250 idmançı qatılacaq.
Milli Gimnastika Arenasında gerçəkləşəcək yarış sentyabrın 26-27-də təşkil olunacaq.