Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək.
YeniAvropa xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Sabah” da ilk oyununu keçirəcək.
Murad Musayevin baş məşqçisi olduğu kollektiv Latviyada RFŞ-lə üz-üzə gələcək. Bu, paytaxt təmsilçisinin avrokuboklarda debüt oyunu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra “Bank Respublika Arena”da təşkil olunacaq.