Azərbaycan klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
YeniAvropa xəbər verir ki, “Sabah” ikinci mərhələsində Latviyanın RFŞ komandasını keçsə, Serbiya "Partizan"ı ilə qarşılaşacaq.
“Neftçi” ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Jelezniçar" komandasını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
“Qəbələ” Kiprin "Omoniya" klubunu məğlub etsə, növbəti mərhələdə "Midtullan" (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları avqustun 10-17-də keçiriləcək. “Sabah” və “Qəbələ” ilk matçlarını evdə, “Neftçi” isə səfərdə oynayacaq.