logo

Basketbol Federasiyasının icraçı direktoru “Neftçi”yə prezident təyin olunub

14:54 24-07-2023 | icon 3780
Basketbol Federasiyasının icraçı direktoru “Neftçi”yə prezident təyin olunub

Fərrux Mahmudov “Neftçi” futbol klubuna prezident (baş icraçı direktoru) təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

Fərrux Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur.