Bakının “Neftçi” klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” komandası ilə ilk matçının vaxtı müəyyənləşib.
YeniAvropa xəbər verir ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında avqustun 3-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da start götürəcək.