logo

"Qarabağ"-"Neftçi" matçlarının vaxtı bəlli olub

15:55 21-07-2023 | icon 1582
"Qarabağ"-"Neftçi" matçlarının vaxtı bəlli olub

Azərbaycan Premyer Liqasında "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək oyunların vaxtı müəyyənləşib.

YeniAvropa xəbər verir ki,  IX tura təsadüf edəcək ilk qarşılaşma 6-8 oktyabrda olacaq və "ağ-qaralar" son ölkə çempionunu qəbul edəcək.

Tərəflər arasında ikinci matç XVII turda (15-17 dekabr) gerçəkləşəcək. Bu dəfə "köhlən atlar" meydan sahibi qismində mübarizə aparacaq.

III dövrədəki Azərbaycan derbisi XXV-ci turda (1-3 mart), sonuncu görüş isə XXXIII turda (3-5 may) baş tutacaq.

Qeyd edək ki, Premyer Liqaya avqustun 4-də start veriləcək