logo

Azərbaycan kuboku yarışlarında yeni mövsümün təqvimi açıqlanıb

14:14 21-07-2023 | icon 1470
Azərbaycan kuboku yarışlarında yeni mövsümün təqvimi açıqlanıb

Futbol üzrə Azərbaycan kuboku yarışlarında 2023-2024-cü illər mövsümünün təqvimi müəyyənləşib.

 YeniAvropa Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, komandalar turnirdə mübarizəyə noyabrda start verəcəklər.

Həmin ay ilk iki təsnifat mərhələsinin matçları olacaq. Əsas mübarizə - səkkizdəbir final mərhələsi isə dekabrın 19-20-də baş tutacaq. Bu raundların hamısında qalib bir oyunla bilinəcək. Ölkə kuboku yarışlarında dörddəbir final mərhələsinin görüşləri gələn ilin yanvar-fevral aylarına təsadüf edəcək. Apreldə isə yarımfinalın həm ilk, həm də cavab qarşılaşmaları təşkil olunacaq. Turnirin final matçı iyunun 2-də gerçəkləşəcək və bununla mövsüm başa çatacaq.

Qeyd edək ki, ölkəmizdə 2023-2024-cü illər mövsümünə avqustun 4-6-da keçiriləcək Premyer Liqanın birinci tur oyunları ilə start veriləcək.