“Neftçi”nin UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
YeniAvropa xəbər verir ki, Bakı təmsilçisinin rəqibi Belarusun “Dinamo” (Minsk) klubunu 2:1 (ilk oyun – 2:2) hesabı ilə məğlub edən Bosniya və Herseqovinanın “Jelezniçar” komandası olacaq.
Qeyd edək ki, “Neftçi” və “Jelezniçar” arasında ilk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.