Azərbaycanın qadın basketbol millisi ilk dəfə Avropa çempionatında iştirak edəcək
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə keçiriləcək Avropa çempionatının (EUROBASKET) seçmə mərhələ oyunlarında iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu , Azərbaycanın qadın basketbolu tarixində ilkdir.
Yığma FİBA-nın bayrağı altında təşkil olunan qitə birinciliyinin seçmə mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin baş tutacağı ölkələrin adları hələlik məlum deyil.