"Rakuv" və "Qarabağ" komandaları arasında Polşada keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatı bəlli olub.
YeniAvropa xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Enri və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.