logo

Bakı Olimpiya Stadionu dünyada "ən yaxşılar" siyahısında 41-cidir

12:12 18-07-2023 | icon 2961
Bakı Olimpiya Stadionu dünyada "ən yaxşılar" siyahısında 41-cidir

Bakı Olimpiya Stadionu (BOS) dünyanın ən yaxşı 100 stadionu sırasına düşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə “FourFourTwo” nəşrinin araşdırmasında bildirilib. Qeyd edilib ki,  BOS siyahıda 41-ci yeri tutur.

Dünyanın ən yaxşı arenası Argentinadakı “La Bombonera” seçilib. Braziliyada yerləşən məşhur “Marakana” ikinci pillədədir. İlk “üçlük” həmçinin, Almaniyanın “Borussiya” (Dortmund) klubunun ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” yer alıb.

Dünyanın ən yaxşı 10 stadionu:

1. “La Bombonera” (Argentina)

2. “Marakana” (Braziliya)

3. “Siqnal İduna Park” (Almaniya)

4. “Tottenhem Hotspur” (İngiltərə)

5. “Monumental” (Argentina)

6. “Azteka” (Meksika)

7. “Nou Kamp” (İspaniya)

8. “Uembli” (İngiltərə)

9. “İbroks” (Şotlandiya)

10. “San Siro” (İtaliya)