logo

Cüdoçularımız Xorvatiya "Qran-pri"sinə yollanacaqlar

15:04 15-07-2023 | icon 1463
Cüdoçularımız Xorvatiya "Qran-pri"sinə yollanacaqlar

Avqustun 18-20-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-pri turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

YeniAvropa xəbər verir ki, kişilərin yarışında ölkəmizi Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Murad Fətiyev və Aslan Mirzəyev (hər ikisi 90 kq) təmsil edəcəklər.

Qadınların mübarizəsində isə Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (57 kq) və Südabə Ağayeva (70 kq) tatami üzərinə çıxacaqlar.