logo

Adrian Mutu bu gün “Neftçi”də ilk məşqinə çıxacaq

16:36 14-07-2023 | icon 1204
Adrian Mutu bu gün “Neftçi”də ilk məşqinə çıxacaq

Bakının “Neftçi” klubunun yeni baş məşqçisi Adrian Mutu Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirən komandanın düşərgəsinə qoşulub.

YeniAvropa klubun "Facebook" səhifəsinə istinadla xəbər verir ki, Bakı təmsilçisi bu gün rumıniyalı mütəxəssisin rəhbərliyi altında ilk məşqinə çıxacaq.

“Smena” stadionunda keçiriləcək hazırlıq prosesi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.