Salyan rayonunun Seyidlər kəndi ərazisində montyor, 1975-ci il təvəllüdlü Elnur Kazımov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ölüm faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.