logo

"Beşiktaş" "Qazprom"un sponsorluğundan imtina edib

15:30 11-07-2023 | icon 1715
"Beşiktaş" "Qazprom"un sponsorluğundan imtina edib

Türkiyənin "Beşiktaş" klubu FIFA və UEFA-nın mümkün hüquqi maneələri səbəbindən Rusiyanın "Qazprom" şirkəti ilə sponsorluq müqaviləsi imzalamayıb.

 YeniAvropa "Axşam" qəzetinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi əvəzində "Emirates"lə anlaşıb və üçillik müqavilə imzalanacağı gözlənilir.

"Qara qartallar" şirkətin adının stadiona verilməsi üçün 27 milyon avro, formada yer alması üçün 5 milyon avro alacaq.