logo

Azərbaycan–Qırğızıstan matçının hakimləri müəyyənləşib

10:50 20-06-2023 | icon 2905
Azərbaycan–Qırğızıstan matçının hakimləri müəyyənləşib

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qırğızıstan yığması ilə keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.

YeniAvropa xəbər verir ki, iyunun 20-də keçiriləcək qarşılaşmanı yerli briqada idarə edəcək.

“Dalğa Arena”dakı oyunun ədalət təmsilçisi Tural Qurbanov olacaq. Ona Vüsal Məmmədov və Rəhman İmamı köməklik göstərəcəklər. Matçın dördüncü hakimi funksiyasını isə İslam Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, oyun saat 19:30-da başlayacaq.