logo

Bu gün UEFA Millətlər Liqasında qalib müəyyənləşəcək

10:10 18-06-2023 | icon 1876
Bu gün UEFA Millətlər Liqasında qalib müəyyənləşəcək

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qalib müəyyənləşəcək.

YeniAvropa xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Əvvəlcə isə üçüncü yer uğrunda oyun olacaq. Niderland ilə İtaliya yığmaları arasında keçiriləcək matç saat 17:00-da başlayacaq.