logo

Paytaxtda “Hyundai” aşıb, sürücü ölüb

09:01 05-06-2023 | icon 9401
Paytaxtda “Hyundai” aşıb, sürücü ölüb

Bakıda avtomobilin aşması nəticəsində sürücü ölüb, qardaşı xəsarət alıb.

YeniAvropa xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu icarəyə götürdüyü “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı maneəyə çırpılıb. Nəticədə T.Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı, 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.