Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 107 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.