Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 72 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 95,o cümlədən borclu şəxs qismində axtarılan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.