logo

“Qurtuluş 93” MİK-in sədri barəsində cinayət işinin istintaqı yekunlaşıb

16:46 05-05-2023 | icon 1883
“Qurtuluş 93” MİK-in sədri barəsində cinayət işinin istintaqı yekunlaşıb

“Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ibtidai istintaq zamanı Hüseyn Əsgərovun qeyd olunan vəzifədə işləyərkən “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməyib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.