Azərbaycanla Koreya tibbi sığortaya dair memorandum imzalayıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti mayın 1-dən 5-dək Koreya Respublikasında səfərdə olub.
Agentlikdən YeniAvropa-ya verilən məlumata görə, səfər müddətində Koreya Respublikasının bir sıra dövlət qurumları ilə görüşlər keçirilib, tibbi sığorta sisteminin inkişaf perspektivləri müzakirə edilib, habelə bu sahədə tərəfdaşlığın genişlənməsinə əlavə imkanlar açan Anlaşma Memorandumları imzalanıb.
Belə ki, agentlik və Koreya Respublikasının Milli Tibbi Sığorta Xidməti (NHIS) arasında imzalanan Memorandum tibbi sığorta sistemini təkmilləşdirmək və bu sahədə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Sənəddə, eyni zamanda, informasiya və qabaqcıl təcrübə mübadiləsi, birgə seminarlar, konfranslar, peşəkarlar üçün təlimlər, təcrübə və mübadilə proqramlarının keçirilməsi nəzərdə tutulur. Memorandum sığorta uyğunluğunun və sığorta ödənişlərinin idarə edilməsi, sığorta yığımlarının toplanılması, tibb müəssisələrinin fəaliyyətinin təşkili, sığorta maliyyəsinin səmərəliliyi, sağlamlıq haqqında ictimai məlumatlılığın artırılmasına istiqamətlənir.
Agentlik və Koreya Respublikasının Tibbi Sığortaya Baxış və Qiymətləndirmə Xidməti (HIRA) arasında imzalanan Memorandum isə tibbi xidmətlərin satın alınması, o cümlədən, göstərilən xidmətlər üzrə tibbi iddiaların yoxlanılması, xidmətlər zərfinin formalaşdırılması, dərman vasitələrinin və tibbi cihazların tariflərinin müəyyən olunması, ödəniş mexanizmlərin hazırlanması və təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyəti, informasiya texnologiyaların tətbiqi sahələrində təcrübə mübadiləsinin təşviqinə yönəlib. HIRA ilə qurulan əməkdaşlıq onun beynəlxalq icma və təşkilatlarla bölüşdüyü bilik və təcrübələrini əldə etməklə tibbi sığorta sistemində xidmət keyfiyyətini daha da yaxşılaşdırmağa istiqamətlənir. Eləcə də, Memorandumla Azərbaycan və Koreya Respublikasının tibbi sığorta sahələri üzrə birgə tədqiqatların aparılması və nəticələrin beynəlxalq jurnallarda nəşr etdirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, NHIS vətəndaşları tibbi sığorta ilə təmin edən dövlət qurumu, HIRA isə Səhiyyə və Rifah Nazirliyinin tabeliyində fəaliyyət göstərən keyfiyyətin yoxlanılması və qiymətləndirilməsinə cavabdeh olan dövlət qurumudur.
Avropa Komissiyasının yeni tərkibi açıqlanıb
XİN Niderlandın Azərbaycana qarşı qərəzli mövqeyini pisləyib
Ermənistanda Robert Köçəryan, Seyran Ohanyan və digərlərinə cinayət işi açılıb
Sabah Bakıda yağış, bölgələrdə isə leysan və qar yağacaq
İlham Əliyev Əlcəzair səfirinin etimadnaməsini qəbul edib
Avropa İttifaqı Rusiyanın 1,4 milyard avrosunu Ukraynaya yardıma göndərib
Gimnastlarımız dünya çempionatına yollanıblar
Azərbaycan güləş millisinin iki üzvü əməliyyat olunub
Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər
“Mygov” rəqəmsal hökumət platforması yenilənib
Bakıdai təhlükəsizlik forumu keçirilib
Çempionlar Liqası: "Sabah" bu gün İsveç klubu ilə qarşılaşacaq
Azərbaycan səfiri etimadnaməsini Nepal prezidentinə təqdim edib
Paytaxtda daha bir küçə təmirə bağlanır
Bu gün Çempionlar Liqasının yeni formatda I turuna start veriləcək
Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
Yeni tədris ilində 1 milyon 620 mindək şagird təhsil alacaq
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib