NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərinə beş il ərzində Ukraynaya hərbi yardım üçün nəzərdə tutulan xüsusi fondda 100 milyard dollar toplamaq təklifini göndərib.
YeniAvropa xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrindən olan həmkarları ilə görüşmək üçün Parisə gedərkən deyib.
“NATO-nun baş katibi alyansın müharibəyə xərcləmək istədiyi 100 milyard dolları toplamağı təklif edib”, - deyə Peter Siyyarto "M1" telekanalının efirində bildirib. Onun sözlərinə görə, məbləği beş il ərzində toplamaq təklifi o deməkdir ki, NATO müharibənin həmin müddətədək davam edəcəyini düşünür.
Siyyarto, həmçinin qeyd edib ki Macarıstan Şimali Atlantika Alyansının bu fəaliyyətində iştirak etmək istəmir.