Son illərdə Azərbaycanda vəkillərin sayı 3 dəfə artaraq 2323-ə çatıb.
YeniAvropa xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: Tarix, zaman və nailiyyətlər” konfransında çıxışında deyib.
O, prezidentin 2018-ci il fevralın 22-də imzaladığı "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın ölkədə vəkillik institutunun inkişafına yeni təkan verdiyini vurğulayıb.
Bildirib ki, Sərəncamın icrası məqsədilə vəkilliyə qəbul mütəmadi həyata keçirilir: “Bunun nəticəsində vəkillərin sayı 3 dəfə artaraq 2323-ə çatıb, ödənişsiz hüquqi yardım aksiyalarında 30 mindən çox şəxsə pulsuz hüquqi yardım göstərilib. Həmçinin ölkə üzrə vəkil bürolarının sayı 3 dəfədən çox artaraq 130-u ötüb.
Prezidentin vəkilliyə diqqətinin daha bir təzahürü də 2019-cu il 25 dekabr tarixli sərəncamı ilə “Vəkil günü” peşə bayramının təsis olunub. Sərəncama əsasən hər il 28 dekabr Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd edilir".