logo

İrandan dənizlə Azərbaycana 6,6 kq narkotika "göndərdilər"

10:10 04-05-2023 | icon 1337
İrandan dənizlə Azərbaycana 6,6 kq narkotika "göndərdilər"

Mayın 3-də saat 12:50-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi tərəfindən Xəzər dənizində İran İslam Respublikasından orta klassik xətti keçərək şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar edilib və texniki nəzarətə götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Astara reydində olan Sahil Mühafizəsinin gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sahildən 12 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış bir ədəd kisə aşkar edilib.

Kisəyə baxış zamanı ümumi çəkisi 6 kiloqram 630 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.