logo

Dövlət vəsaitlərini mənimsəyən mühasibə cinayət işi açılıb

15:30 02-05-2023 | icon 1456
Dövlət vəsaitlərini mənimsəyən mühasibə cinayət işi açılıb

Qarabağ Regional Təhsil idarəsinin mühasibi Böyükkişi Abbasovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı Böyükkişi Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan çox dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.