logo

Yeni doğulan oğlan uşaqlarında Uğur, qızlarda isə Zəhra liderlik edir

14:54 02-05-2023 | icon 1827
Yeni doğulan oğlan uşaqlarında Uğur, qızlarda isə Zəhra liderlik edir

Bu ilin ilk rüblüyündə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

YeniAvropa Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2023-cü ilin ilk dörd ayında doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 548 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Əli (533), Yusif (449), Hüseyn (423), Məhəmməd (339), Raul (300), Ömər (294), Murad (258), Adəm (231) və Ayxan (200) tutur.

Qız uşaqlarına isə ən çox Zəhra adı verilib (476). Qız uşaqlarına ən çox qoyulan digər adlar Məryəm (418), Aylin (352), Zeynəb (350), Fatimə (323), Nilay (318), Ayla (304), Mələk (299), İnci (257) və Nuraydır (232).

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın axtarışı, mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (https://exidmet.justice.gov.az:8284/VVA/Names) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.