logo

Rüşvət üstə 8 il həbs edilən FHN-nin Zığdakı Hospitalının baş həkimi azadlığa buraxıldı

14:32 02-05-2023 | icon 1477
Rüşvət üstə 8 il həbs edilən FHN-nin Zığdakı Hospitalının baş həkimi azadlığa buraxıldı

Rüşvət ittihamı ilə həbs edilmiş Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Zığ qəsəbəsindəki Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev azadlığa buraxılıb.

YeniAvropa xəbər verir ki, o, cəza müddətinin üçdə ikisini çəkdiyi üçün şərti olaraq vaxtından əvvəl azad edilib.

Belə ki, Ağayevin azadlığa buraxılması ilə bağlı müraciətinə bu gün məhkəmədə baxılıb. Məhkəmə müraciəti təmin edib və baş həkim bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib.Sonradan Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub.