logo

65 ağacın kəsilməsinə görə cinayət işləri başlanılıb

13:53 02-05-2023 | icon 1358
65 ağacın kəsilməsinə görə cinayət işləri başlanılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın beş rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, araşdırmalar zamanı Qəbələ, Goranboy, Tovuz, Yardımlı və Lerik rayonu ərazisində ümumilikdə 65 ədəd ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli və külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.