logo

Bakıda əlil modellərin 6-cı moda nümayişi təşkil olunacaq

17:17 28-04-2023 | icon 13419
Bakıda əlil modellərin 6-cı moda nümayişi təşkil olunacaq

Mayın 11-də Almaniyanın Azərbaycandakı səfirinin iqamətgahında Kekalove Adaptive tərəfindən əlilliyi olan modellərlə birgə moda nümayişi təşkil ediləcək.

YeniAvropa xəbər verir ki, “Kekalove Adaptive” startapının təşkilatçılığı, Almaniya və Fransanın Azərbaycandakı səfirliklərinin dəstəyi, həmçinin Sağlam Autizm Mərkəzinin əməkdaşlığı ilə keçirilən budəfəki moda nümayişi ölkəmizdə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyim kolleksiyasının 6-cı təqdimatıdır.

Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizaynlarını, adaptiv geyimləri nümayiş etdirməkdir. Kolleksiyanın müəllifi Azərbaycanın ilk peşəkar adaptiv geyim dizayneri Rəşidə Əliyevadır.

Tədbir qapalı şəkildə keçiriləcək. Dəvətnamə əldə etmək istəyən şəxslərdən “Kekalove Adaptive”nin ianə kampaniyasına dəstək olmaqları tövsiyə edilir.

Qeyd edək ki, “Kekalove Adaptive” 2019-cu ildən fəaliyyət göstərir. Bu, Azərbaycanın ən uğurlu sosial layihəsi hesab olunur.