“HSE Center Azerbaijan” təsis edilib
Aprelin 28-i Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən bəri Ümumdünya Əməyin Mühafizəsi Günü olaraq elan edilib. Bu günün təsis edilməsinin məqsədi işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır. Azərbaycanda da hər il 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir.
Bu ilin eyni günü isə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) sahəsində çalışan həmkarlar üçün daha da əlamətdardır. Beynəlxalq Əməyin Mühafizəsi günündə HSE Center Azerbaijan (Azərbaycan SƏTƏMM Mərkəzi) təsis edilib və bu gün münasibətilə SƏTƏMM sahəsində çalışan bütün mütəxəssislərə təbrik ünvanlayıb.
HSE Center Azerbaijan missiya olaraq sənayedə təhlükəsizlik məsələlərinə ölkə miqyasında məlumatlılıq yaratmaq və sahənin inkişafına dəstək olmağı seçmişdir. Mərkəzin məqsədi cəmiyyətdə əməyin mühafizəsi və sağlamlığı şüurunu formalaşdırmaq üçün təbliğat və maarifləndirmə kampaniyaları aparmaq, ən yaxşı təcrübələri təbliğ etmək, bu sahədə çalışan həmkarlar üçün peşəkar inkişaf imkanlarını artırmaqdır.
Təşkilatın fəaliyyəti çərçivəsində dövlət və özəl sektor əməkdaşlığını təşviq etmək üçün müxtəlif tədbirlər, forumlar, kompaniyalar təşkil edilməsi nəzərdə tutulmuşdur. Mərkəz inteqrasiya edilmiş əməyin təhlükəsizliyi mədəniyyəti anlayışını və statistikasını yaratmağı və peşəkarlar tərəfindən təlimlərin, seminarların, məşğələlərin (workshop) keçirilməsini planlayır.
HSE Center Azerbaijan 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə bütün sahə mütəxəssislərini bir daha təbrik edir və çox yaxında bu həmkarlar üçün təşkil ediləcək maraqlı yenilikləri www.hsecenter.az internet səhifəsi və sosial şəbəkə hesablarından izləməyə dəvət edir.
Azərbaycan nefti 74,80 dollara satılır
"İlin idman jurnalisti" respublika Şahmat Mərkəzinə direktor təyin edilib
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub