Loqosunu Audiovizual Şuranın razılığı olmadan dəyişdirən 1000 manatı cərimələnəcək
Loqotipini Audiovizual Şuranın razılığı olmadan dəyişdirən media orqanları cərimələnəcək.
YeniAvropa xəbər verir ki, bu, prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklikdə yer alıb.
Sənəddə “Media haqqında” qanunun müvafiq maddəsi aşağıdakı redaksiyada təsdiq edilib:
Maddə 381. Media haqqında qanunvericiliyin pozulması
381.9. Audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Azərbaycan Respublikası Audiovizual Şurasının razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.