logo

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

11:33 19-04-2023 | icon 2268
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib.

YeniAvropa xəbər verir ki, bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il iyulun 1-i saat 06:00-dək uzadılıb.