"Formula 1"ə görə 20 marşrutda avtobusların hərəkət sxemi dəyişdirilir
Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar olaraq 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.Qeyd eilib ki, 1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti - Y.Səfərov küçəsi ilə təşkil ediləcək. 10 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq A.Şaiq küçəsi - Ş.Bədəlbəyli küçəsi - D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti - Y.Səfərov küçəsi ilə hərəkətdə olacaq. 5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsidir. 88 nömrəli marşrutlar üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küçəsi (“28 May” metrostansiyası) olmaqla hərəkəti D.Əliyeva küçəsi - R.Behbudov küçəsi ilə təşkil ediləcək.
6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küçəsi olmaqla Ş.Şamil, Lermantov, B.Sərdarov küçələri olacaq. 53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək. 61 nömrəli marşrut avtobusları S.Vurğun küçəsi - Ş.Bədəlbəyli küçəsi – R.Behbudov küçəsi ilə hərəkət edəcək. 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küçəsi - Ə.Cavad küçəsi - Azərbaycan prospekti ilə təşkil olunacaq. 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küçəsi, daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.
E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küçəsi, A.Şaiq küçəsi - Ş.Bədəlbəyli küçəsi - D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Neftçilər prospekti ilə təşkil ediləcək.
Qeyd: 6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək: 1-ci istiqamət “Azadlıq prospekti” metro stansiyası – Axundov bağı; 2-ci istiqamət Funikulyor – Ö.F.Nemanzadə küçəsi.
Azərbaycan nefti 74,80 dollara satılır
"İlin idman jurnalisti" respublika Şahmat Mərkəzinə direktor təyin edilib
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub