logo

Bakıda 10 yaşlı uşağı vurub öldürən sürücüyə 5 il iş kəsildi

16:16 17-04-2023 | icon 1337
Bakıda 10 yaşlı uşağı vurub öldürən sürücüyə 5 il iş kəsildi

Bakıda 10 yaşlı uşağı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Nizami Rəhimliyə hökm oxunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

YeniAvropa xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki,  hadisə ötən ilin sentyabrında Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda sürücülük hüququ olmayan paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli idarə etdiyi avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Könül Sadıxovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.